Əsas məzmuna keç
KOMPLEKS.AZ
Ana səhifə

MTK və kooperativlər üçün

MTK idarəetmə proqramı: şəffaf xidmət haqqı və borc nəzarəti

Kompleks.az MTK-lar üçün sakin, mənzil, tarif və ödənişi bir proqramda birləşdirir. Hər sakin öz borcunu və ödəniş tarixçəsini kabinetində görür, MTK isə yığımı və gecikmiş borcu real vaxtda izləyir.

Nə daxildir

  • Sakin və mənzil reyestri
  • Vahid tarif — m² üzrə və ya sabit məbləğ
  • Hər sakinə ayrıca faktura və balans
  • Sakin kabinetində açıq tarixçə
  • Kassada nağd, köçürmə və QR ilə ödəniş
  • Gecikmiş borc üzrə xatırlatma

MTK-ya idarəetmə proqramı niyə lazımdır?

MTK-larda ən çox sual xidmət haqqının necə hesablandığı və hara getdiyi ətrafında yaranır. Məbləğ binadan binaya fərqlənir, qəbzlər kağızda və ya mesajda qalır, sakin isə öz borcunu yalnız soruşanda öyrənir.

Kompleks.az-da tarif kompleks üzrə bir dəfə təyin olunur və hər mənzilə eyni qaydada tətbiq edilir — m² üzrə və ya sabit məbləğlə. Faktura avtomatik yazılır, ödəniş qəbzi sistemdə qalır, sakin isə hamısını öz kabinetində görür. Bu, həm sakinin etimadını, həm də MTK-nın hesabatlılığını artırır.

Ödəniş kartla, bank tətbiqindən, terminaldan və ya kassada qəbul olunur. Ay sonunda mühasib hesabatı paneldən çıxarır və 1C-yə ötürür.

İMKANLAR

MTK-nın gündəlik işi üçün

Sakin qeydiyyatından ay sonu hesabatına qədər hər addım bir proqramda, bir bazada.

Sakin reyestri

Hər sakinin mənzilləri, müqavilələri, əlaqə məlumatı və ödəniş tarixçəsi bir kartda. Siyahı Excel-dən idxal olunur.

Vahid tarif

Xidmət haqqı kompleks üzrə m² və ya sabit məbləğlə təyin olunur; tarif dəyişəndə əvvəlki fakturalar toxunulmaz qalır.

Faktura və borc nəzarəti

Hər dövrün fakturası özü yaranır, gecikmə günü sayılır, borc panelin ilk ekranında görünür.

Kassa və onlayn ödəniş

Kassada nağd, köçürmə və QR kodla; onlayn kartla, bank tətbiqindən və terminaldan. Hər ödənişə qəbz.

Sakinlə əlaqə

Borc xatırlatmaları, seçilmiş sakinlərə bildiriş və sakinlərin fikrini öyrənmək üçün onlayn sorğu.

Rollar və icazələr

Rəhbər, mühasib, kassir — hər kəs yalnız öz işinə lazım olan bölməni görür; paneldə iki addımlı giriş.

SUALLAR

Tez-tez verilən suallar

MTK idarəetmə proqramı sakinə nə verir?

Sakin kabinetdə öz borcunu, hansı fakturanın gecikdiyini və bütün ödənişlərini görür, borcunu kartla ödəyir və qəbzini yükləyir. Hesablamanın necə aparıldığı görünür — mübahisəyə səbəb azalır.

Nağd ödəyən sakinlər nə edəcək?

Nağd və bank köçürməsi ilə ödənişi kassir paneldə qeyd edir, məbləğ müqaviləyə düşür və sakinə qəbz verilir. Kassada QR kod göstərib sakinin telefonundan ödəniş almaq da mümkündür.

Mövcud borc qalıqlarını köçürə bilərikmi?

Bəli. Sakin siyahısı, mənzil reyestri və cari borc qalıqları Excel şablonu üzrə idxal olunur. Köçürmə quraşdırmanın bir hissəsidir və komandamız tərəfindən aparılır.

Proqram bir neçə binası olan MTK üçün uyğundurmu?

Bəli. Binalar, bloklar və mənzillər kompleksin altında qruplaşır; bir şirkət hesabında bir neçə kompleks də ola bilər.

BAŞLAYAQ

Kompleksinizi bir demo görüşdə köçürək

Bir binanızın real məlumatı ilə test mühiti qururuq. Fakturaların necə hesablandığını və sakinin ödəniş ekranını öz rəqəmlərinizlə görürsünüz.

Müraciətiniz birbaşa komandamıza gedir. Cavab adətən bir iş günü ərzində qayıdır.