Sakinlər üçün
Xidmət haqqının onlayn ödənişi — kartla, bank tətbiqindən, terminaldan
Kompleks.az-a qoşulmuş komplekslərin sakinləri mənzil, parkinq və icarə borcunu bir neçə saniyəyə ödəyir. Hansı yolla ödənilsə də məbləğ müqaviləyə düşür və balans dərhal yenilənir.
Nə daxildir
- Müqavilə və ya faktura nömrəsi ilə
- İstənilən bank kartı ilə
- Birbank, ABB, PAŞA Bank və digər tətbiqlər
- eManat, MilliÖn, ExpressPay terminalları
- Saxlanmış kartla bir toxunuşla
- Elektron qəbz
Xidmət haqqını necə ödəmək olar?
Ən sürətli yol — kompleks.az/odenis səhifəsi: müqavilə və ya faktura nömrənizi yazırsınız, borcunuz açılır və kartla ödəyirsiniz. Kabinetə daxil olmaq lazım deyil.
Sakin kabinetində bütün obyektlərinizin borcu, fakturaları və ödəniş tarixçəsi görünür. Kartı yadda saxlasanız, növbəti dəfə bir toxunuşla ödəyirsiniz.
Birbank, ABB mobile, Rabitəbank, Yelo Bank, PAŞA Bank, XalqBank, Premium Bank, akart, Portmanat, ExpressPay və E-pul tətbiqlərində, eManat, MilliÖn, ExpressPay və Birbank terminallarında da müqavilə nömrəsi ilə ödəniş qəbul olunur. Hansı üsulların açıq olduğunu kompleksinizin idarəetməsi müəyyən edir.
ÖDƏNİŞ ÜSULLARI
Sakin rahat olduğu yolu seçir
Bütün kanallar eyni müqaviləyə yazır — ödəniş harada edilsə də borc bir yerdə yenilənir.
Kartla onlayn
Saytda və sakin kabinetində istənilən bank kartı ilə. Ödəniş bankın səhifəsində tamamlanır.
Saxlanmış kart
Kartı bir dəfə yadda saxlayın, növbəti ödəniş bir toxunuşla. Kartı istənilən vaxt kabinetdən silmək olar.
Bank tətbiqləri
Birbank, ABB mobile, PAŞA Bank, Rabitəbank, Yelo Bank, XalqBank və digər tətbiqlərdə müqavilə nömrəsi ilə.
Terminallar
eManat, MilliÖn, ExpressPay və Birbank terminallarında müqavilə nömrəsi ilə nağd ödəniş.
Kassada
İdarəetmə ofisində nağd, bank köçürməsi və ya telefonla QR kodu oxudaraq.
Qəbz və xatırlatma
Ödəniş dərhal balansa düşür, qəbz kabinetdə qalır; son tarix yaxınlaşanda xatırlatma gəlir.
SUALLAR
Tez-tez verilən suallar
Müqavilə nömrəmi haradan tapım?
- Müqavilə nömrəsi sakin kabinetində və əvvəlki ödəniş qəbzlərində göstərilir. Tapa bilmirsinizsə, kompleksinizin idarəetməsinə müraciət edin.
Ödəniş nə vaxt balansa düşür?
- Onlayn ödəniş bank təsdiqindən dərhal sonra müqaviləyə yazılır, faktura bağlanır və borc yenilənir.
Kartla ödəmək təhlükəsizdirmi?
- Ödəniş bankın səhifəsində tamamlanır, kart isə partnyorumuz YIĞIM Payment Services tərəfində PCI DSS qaydaları çərçivəsində tokenləşdirilir. Kompleks.az kart nömrəsini görmür və saxlamır.
Kompleksim Kompleks.az-a qoşulmayıbsa nə etməli?
- Onlayn ödəniş yalnız platformaya qoşulmuş komplekslərdə işləyir. İdarəetmə şirkətinizə Kompleks.az-ı tövsiyə edin və ya bizə yazın — qoşulma adətən bir həftə çəkir.
DİGƏR HƏLLƏR
Eyni platformada başqa nə var
BAŞLAYAQ
Kompleksinizi bir demo görüşdə köçürək
Bir binanızın real məlumatı ilə test mühiti qururuq. Fakturaların necə hesablandığını və sakinin ödəniş ekranını öz rəqəmlərinizlə görürsünüz.
- [email protected]
- +994 55 209 52 09
- Bakı, Azərbaycan